“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla növbəti görüş Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsində keçirilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin sədri Mətanət Nəsibova ilə keçirilən görüşdə bələdiyyənin üzləşdiyi problemlər müzakirə edilmiş, habelə perspektiv inkişaf istiqamətləri bələdiyyənin hüquqşünası Natiq Kazımovun iştirakıyla müzakirə edilmişdir.
“Bu gün Binəqədi qəsəbə bələdiyyəsinin hər hansı bir quruma borcu yoxdur. Təsəvvür edin ki ki, son bir il ərzində mövcud borcun silinməsi üçün kollektivin hər bir üzvü ciddi şəkildə öz töhvəsini verib”- bu fikirləri görüşdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Mətanət Nəsibova bildirib.
Sədr daha sonra qeyd edib ki, bələdiyyənin vergi xidməti bir ildən artıqdır ki, SMS-xəbər sisteminə qoşulub. Bildirişlər həm də SMS vasitəsiylə vergi ödəyicilərinə çatdırılır.
Görüşdə bildirildi ki, bələdiyyənin xəritəsi təqdim edilmədiyindən müəyyən problem yaşanır.
Görüşdə qarşılıqlı maraq dorğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belediyye.info